Əsəd Dilbazov
Dilbazov Əsəd Kamil ağa oğlu (12 yanvar 1926, Qazax rayonu – 21 iyul 2003, Bakı) — İqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsinin dekanı (1975–1980), Şöhrət ordeni laureatı.
Mənsub olduğu Dilbazilər nəslindən çıxan ən hörmətli və nüfuzlu şəxslərdən biri olmaqla, Əsəd Kamil ağa oğlu Dilbazov Azərbaycanın tarix və iqtisad elmində adı vəfatından sonra da ehtiramla çəkilən bir adamdır. Tarixçi və iqtisadçı elm adamları onu iqtisad və tarix sahəsində Azərbaycan eLminə əhəmiyyətli töhfələr vermiş, öz xalqının, öz ölkəsinin sosial-iqtisadi, mədəni-məişət problemiərinə həssaslıqla yanaşmağı bacaran bir alim kimi qiymət verir, yad edirlər.Ali məktəb mühitində öz sağlam zəkası, mühakimə qabiliyyəti və təfəkkür dərinliyinə malik birziyalı, görkəmli alim və pedaqoq, bacarıqlı ali məktəb təşkilatçısı kimi tanınan iqtisad elmləri doktoru, professor Əsəd Dilbazov 1926-cı il yanvarın 12-də Qazax mahalının qədim Xanlıqlar kəndində sovetləşmədən sonra öz səksə- kəli həyatını yaşayan bir bəy ailəsində anadan olmuşdu. Beş yaşında ikən — 1931-ci ilin fevralında ailənin və qohumların başına gələn fəlakətin ağırlığını 5 il sürən Qazaxıstan sürgünündə dərk etmişdi. Ailə 1936-cı ildə sürgündən qayıdanda artıq 10 yaşını keçmişdi və hər şeyi yaxşı dərk edirdi. Ata sürgün yerində bu müdhiş məşəqqətlərə dözməyib vəfat etmişdi.Ailənin azyaşlı övladı Səmayə də orada tələf olmuşdu. Qazaxıstanın qızmar çöllərindən bu iki qardaş Əsəd və Ağalar Qazağa anaları Gövhər xanımla qayıtmışdılar.
Əsəd Dilbazov 1947-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini "orta məktəb tarix müəllimi" ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurur. Üstəlik 1947-ci ilin martında artıq Kommunist Partiyasına üzv ola bilmişdi. Anketin ictimai mənşə qrafasında "kəndli ailəsində" doğulduğunu göstərmişdir.Ali məktəbi bitirdiyi il onun elmə olan həvəsni,hazlığını və əlbəttə,partiyalığını nəzərə alaraq aspiranturada saxlamışdılar.Elə həmin tarixçə ali məktəblərdə onun uzun sürən-56 illik elmi həyatının baçlanğıc nöqtəsi sayıla bilər.Onun APİ-nin SSRİ tarixi kafedrasında "aspirantura dövrü" 1947-ci il oktyabrın 1-dən 1950-ci il oktyabrın 1 göstərilir.